Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm bayram konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2026 12:41 (UTC +04:00)
Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm bayram konserti keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyəti və “ARB Media Group”un birgə təşkilatçılığı ilə Xudat şəhərindəki Heydər Əliyev adına parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşun mübarək, Azərbaycan!” adlı konsert proqramı təşkil olunub.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Mahir Süleymanlı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə rayon sakini iştirak edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin xilasındakı tarixi rolu, Prezident İlham Əliyevin uğurlu siyasəti, eləcə də Vətən müharibəsində qazanılan tarixi Zəfər xüsusi vurğulanıb.

Konsert proqramında respublikamızın tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.

Yüksək bayram əhvali-ruhiyyəsində keçən tədbir Xudat səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti