"Arsenal" rus futbolçu üçün hərəkətə keçdi

İdman Materials 14 İyun 2026 20:14 (UTC +04:00)
"Arsenal" rus futbolçu üçün hərəkətə keçdi

Bakı. Trend:

Rusiya millisinin və ÇSKA-nın futbolçusu Matvey Kislyak “Arsenal”a keçməyə yaxındır.

“Topçular” 20 yaşlı yarımmüdafiəçinin transferi üçün ÇSKA-ya təklif göndərib.

Moskva təmsilçisi Kislyak üçün 30 milyon avro tələb edib. “Arsenal” həmin pulu ödəyərsə, keçid baş tutacaq. Futbolçuya PSJ və “Beşiktaş” da maraq göstərir.

Lakin rus futbolçunun İngiltərəyə yollanmaq istədiyi bildirilir.

Onun ÇSKA ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Xəbər lenti

Xəbər lenti