Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb - Avropa Kuboku

İdman Materials 14 İyun 2026 20:53 (UTC +04:00)
Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb - Avropa Kuboku

Bakı. Trend:

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində final oyununa çıxıb.

Komanda həlledici görüşdə İrlandiya ilə üz-üzə gəlib.

Matç yığmanın 21:20 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəlib.

Turnirin final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti