Zelenski ilə Tramp arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 14 İyun 2026 19:37 (UTC +04:00)
Zelenski ilə Tramp arasında telefon danışığı olub

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə jurnalistlərə Ukrayna Prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin məlumat verib.

Yarım saatdan çox davam edən söhbət zamanı Ukrayna lideri amerikalı həmkarını doğum günü münasibətilə təbrik edib. Danışıqlar zamanı, həmçinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi də daxil olmaqla, digər mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti