Bakı. Trend:
Amerikalı iş adamı İlon Maska məxsus "SpaceX" şirkəti IPO (ilkin kütləvi təklif) nəticəsində ümumilikdə 85,7 milyard dollar vəsait cəlb edib.
Yekun məbləğin gözləniləndən yüksək olması səhmlərin yerləşdirilməsi zamanı əlavə emissiya hüququnu nəzərdə tutan "greenshoe" opsionunun tətbiqi ilə bağlı olub.
Şirkət əvvəlcə hər səhmi 135 dollar qiymətlə təklif edərək 75 milyard dollar toplamağı hədəfləmişdi. Lakin investorların böyük marağı sayəsində əlavə 83,3 milyon səhm satışa çıxarılıb və nəticədə sövdələşmənin dəyəri təxminən 11 milyard dollar artıb.
"SpaceX"in IPO-su dünya tarixində həyata keçirilmiş ən iri ilkin
kütləvi təklif kimi qeydə alınıb.