İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

İdman Materials 15 İyun 2026 22:32 (UTC +04:00)
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında günün ilk oyunu keçirilib.

Turnirin beşinci günündə İspaniya Kabo-Verde ilə qarşılaşıb.

Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu, Kabo-Verdenin dünya çempionatları tarixində debüt matçı olub.

Bu gün, həmçinin Belçika seçməsi Misirlə münasibətlərinə aydınlıq gətirəcək.

Gecə saatlarında isə Səudiyyə Ərəbistanı və Uruqvay komandaları qarşılaşacaq. Oyun gününün son matçında İran millisi Yeni Zelandiya yığmasını sınağa çəkəcək.

Xəbər lenti

Xəbər lenti