Bakı. Trend:
İran İslam Respublikası ilə saziş artıq əldə olunub.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində paylaşım edib.
O, əldə olunan razılaşma münasibətilə hər kəsi təbrik etdiyini bildirib.
"Bu qərarla Hörmüz boğazının ödənişsiz şəkildə açılmasına və ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadasının dərhal aradan qaldırılmasına icazə verirəm. Dünya gəmiləri, mühərriklərinizi işə salın. Neft yenidən axmağa başlasın", - deyə Tramp qeyd edib.