Cənubi Afrikadan 150 zəhərli əqrəbin qanunsuz yolu ilə çıxarılması cəhdinin qarşısı alınıb

Dünya xəbərləri Materials 14 İyun 2026 22:34 (UTC +04:00)

Bakı. Trend:

Polis əməkdaşları Keyptaun Beynəlxalq Hava Limanında Cənubi Afrikadan 150 zəhərli əqrəb qaçaqmalçılığı etməyə çalışan bir kişini saxlayıblar.

Bu barədə "SABC" radiostansiyası xəbər verib.

Məlumata əsasən, əqrəblər onların baqajlarındakı paltarların arasından plastik torbalarda tapılıb.

Bildirilib ki, 28 yaşlı qaçaqmalçı Cənubi Afrikanın Ətraf Mühit və Mühafizə Qanununa əsasən həbs edilib. Onun bu bazar ertəsi günü vəhşi heyvanların qanunsuz saxlanması və daşınması ittihamı ilə məhkəmə qarşısına çıxması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti