Bakı. Trend:
Qətər ABŞ ilə İran arasında əldə edilən razılaşmanı dəstəkləyir.
Bu barədə Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani "X" sosial şəbəkəsində yazıb.
"Qarşıdan gələn danışıqlarda bütün tərəflərin müsbət və konstruktiv ruhda iştirakını, əldə edilən irəliləyişin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə töhfə verməsini səbirsizliklə gözləyirik", - deyə o bildirib.
Qətərin Baş naziri həmçinin razılaşmanın əldə olunmasına verdiyi töhfəyə görə Pakistana və bütün tərəflərə minnətdarlığını bildirib.
"Biz bir daha təsdiq edirik ki, Qətər Dövləti bu səylərin və regional və beynəlxalq səviyyələrdə dialoq və dinc vasitələrlə təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verən hər şeyin güclü tərəfdarı olaraq qalacaq", - deyə o qeyd edib.