Almaniyanın investisiyalarının Azərbaycana artırılması üçün perspektivlər var - səfir

İqtisadiyyat Materials 15 İyun 2026 18:00 (UTC +04:00)
Almaniyanın investisiyalarının Azərbaycana artırılması üçün perspektivlər var - səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə Almaniyanın Azərbaycana investisiyalarının artması perspektivləri var.

Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən mətbuat brifinqi zamanı bildirib.

"Ötən ilin ikinci yarısından bəri alman şirkətlərinin Azərbaycan bazarına artan marağını müşahidə edirik. Buna misal olaraq, ötən il Almaniya-Azərbaycan Ticarət Palatası (AHK Azerbaijan) tərəfindən Bakıda təşkil edilən ixrac və maliyyə konfransını göstərmək olar. Tədbirdə rekord sayda alman şirkətlərinin nümayəndələri - təxminən 200 nəfər iştirak edib", - deyə səfir bildirib.

Horlemann qeyd edib ki, bu, Almaniya biznesinin Azərbaycan bazarına marağının əhəmiyyətli dərəcədə artdığını göstərir.

“Bu, hələ ticarət statistikasında və ya investisiya rəqəmlərində öz əksini tapmayıb. Lakin, əvvəllər müzakirə etdiyimiz kimi, Azərbaycanın ticarət və nəqliyyat əlaqəsi üçün regional mərkəz, eləcə də hazırda enerji sektorunun transformasiyasına və bərpa olunan enerjinin inkişafına yönəlmiş enerji təchizatçısı kimi artan rolu bir çox alman şirkətləri üçün böyük maraq doğurur. Buna görə də, gələcəkdə həm ticarət əlaqələrinin inkişafı, həm də Azərbaycana Almaniya investisiyalarının artması üçün yaxşı perspektivlər görürəm”, - deyə səfir bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti