Bakı. Trend:
Futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
E qrupunda Fil Dişi Sahili - Ekvador komandaları qarşılaşıblar. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Matçın ikinci hissəsində Fildişi Sahili əsas vaxtın son dəqiqələrində hesabı açıb – 1:0.
Fildişi Sahili seçməsi iyunun 20-də Almaniya millisi, 3-cü turda isə Kurasao yığması ilə qarşılaşacaq.