İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Dünya xəbərləri Materials 15 İyun 2026 06:34 (UTC +04:00)
İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Bakı. Trend:

Anlaşma memorandumu imzalandıqdan sonra Tehran və Vaşinqton qalan mübahisəli məsələlər üzrə 2 ay ərzində danışıqlar aparacaqlar.

Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

“Rəsmi imzalanma cümə günü baş tutacaq və iki nümayəndə heyətinin rəhbərləri gələcək danışıqların addımlarını müəyyən etmək üçün görüşəcəklər. Həmin vaxta qədər Amerika tərəfinin müharibəyə son qoymaq, blokadanı aradan qaldırmaq və aktivləri azad etmək öhdəliyi sınaqdan keçiriləcək", - deyə o bildirib.

İran xarici işlər nazirinin müavini vurğulayıb ki, danışıqlar yalnız ABŞ-nin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi halında başlayacaq.

İranlı diplomat, həmçinin qeyd edib ki, memoranduma dair mətn imzalandıqdan sonra dərc olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti