ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər - Vens

Dünya xəbərləri Materials 15 İyun 2026 07:05 (UTC +04:00)
ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər - Vens

Bakı. Trend:

ABŞ və İran arasında sazişin imzalanması Yaxın Şərqdə növbəti 50 il ərzində fundamental dəyişikliklərə səbəb ola bilər.

Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər iranlılar bu razılaşmanın şərtlərinə əməl etsələr, bu, Yaxın Şərqi növbəti 50 il ərzində köklü şəkildə dəyişdirəcək. Bu, müharibələrə son qoyacaq, regionu investisiyalar üçün daha cəlbedici edəcək. Eyni zamanda, Amerika xalqının rifahının yüksəlməsinə və enerji qiymətlərinin aşağı düşməsinə töhfə verəcək”, – deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti