Bakı. Trend:
Təqdiqatçılar ABŞ-də doğuş sayının kəskin enməsini smartfonlarla əlaqələndirir.
Xarici mediada yayılan məlumata görə, 2007-ci il ABŞ-da doğum nisbətində mühüm dönüş nöqtəsi olub. Həmin dövr həm də Apple şirkətinin ilk müasir smartfon olan iPhone-u bazara çıxardığı vaxtdır.
Araşdırmalara görə, erkən smartfon istifadəsinin geniş yayıldığı bölgələrdə doğum nisbəti kəskin şəkildə azalıb. Belə ki, əhalinin 90%-dən çoxunun smartfona çıxışı olan rayonlarda doğum göstəriciləri, çıxışın 10%-dən az olduğu bölgələrlə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
2007–2011-ci illər arasında geniş smartfon istifadəsi olan ərazilərdə 15–19 yaşlılar arasında doğum nisbəti təxminən 26% azalıb. Eyni dövrdə məhdud çıxışı olan bölgələrdə bu azalma 14% olub. Tədqiqatçılar ümumilikdə belə nəticəyə gəlirlər ki, iPhone-un erkən yayılması 2007–2011-ci illər arasında ABŞ-da ümumi doğum nisbətinin təxminən üçdə birindən yarısına qədər azalmasına təsir göstərmiş ola bilər.
“Biz bunun yeganə amil olduğunu demirik. Biz bunun əsas amil olduğunu deyirik", - araşdırma müəllifləri bildirib.
