"Real"ın sabiq futbolçusu vətəninə geri qayıdacaq

İdman Materials 15 İyun 2026 11:39 (UTC +04:00)
"Real"ın sabiq futbolçusu vətəninə geri qayıdacaq

Bakı. Trend:

İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Serxio Kanales Avropaya geri qayıdacaq.

İspaniya mətbuatının xəbərinə görə, ona ölkəsində təklif gəlib.

Belə ki, başa çatan mövsümü İspaniya Sequndasında çempion olaraq tutaraq 2026/2027 mövsümündə La Liqada oynamaq hüququ qazanan “Rasinq” təcrübəli futbolçuya ehtiyac duyub.

Hazırda tərəflər arasında danışıqlar gedir və böyük ehtimalla Kanales yetirməsi olduğu kluba keçəcək.

İspaniya milli komandasının sabiq futbolçusu “Rasinq”(Santander), “Real”(Madrid), “Valensiya”, “Real Sosyedad”, “Betis” klublarında çıxış edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti