Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 17 İyun 2026 11:53 (UTC +04:00)
Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan ilə Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə iqtisadi təşəbbüslərin təşviqi və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün sənaye, enerji, nəqliyyat-logistika və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti