Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlanıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 17 İyun 2026 10:48 (UTC +04:00)
Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlanıb (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Şahbuz rayonunda hərbi sursat aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən rayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri dərhal hadisə yerinə cəlb ediliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Baxış zamanı aşkar edilən sursatın 1 ədəd “RPQ-7” tipli tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyənləşdirilib.

Aşkarlanan sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi məqsədilə götürülərək ərazidən kənarlaşdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti