Şükürbəyli kəndinə növbəti köç olub (FOTO) (YENİLƏNİB)

Hadisə Xəbər 17 İyun 2026 14:38 (UTC +04:00)
Şükürbəyli kəndinə növbəti köç olub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə (196 nəfər) köçürülüb.

Kəndə köçən ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

xxx
09:37

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə (196 nəfər) köçürülüb.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti