Bakı-Sumqayıt yolunda faciə: hüquqşünasın qızı qəzada öldü

Hadisə Materials 17 İyun 2026 09:35 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda faciə: hüquqşünasın qızı qəzada öldü
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hüquqşünas Fərhad Mehdiyevin qızı yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

Bu barədə hüququşünas öz sosial media hesabında paylaşım edib:

"Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı".

Məlumata görə, hadisə Riyad Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Gənc qızın idarə etdiyi motosiklet “Mercedes-Benz” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində ağır xəsarətlər alan motosikletçinin həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti