Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsinin hesbatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 178 milyon dollar və ya 0,8% azdır.
Dövr ərzində ölkənin xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 2,969 milyard dollar və ya 27% artıb, idxal isə 3,147 milyard dollar və yaxud 31,6% azalıb.
Nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 6,116 milyard dollar və ya 6,9 dəfə çoxdur.
