“Qarabağ”ın ilk rəqibi müəyyənləşdi

İdman Materials 16 İyun 2026 19:20 (UTC +04:00)
“Qarabağ”ın ilk rəqibi müəyyənləşdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu raundda İslandiya təmsilçisi “Vestri” ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin görüşləri iyulun 9-u və 16-da oynanılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti