Bakı. Trend:
İranın Anlaşma Memorandumundan alacağı investisiyalar əsasən Körfəz ölkələrindən olacaq.
Xarici media yazır ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.
“Əvvəla, Amerika pulunun bir senti belə İrana getmir, 300 milyard dollar, 24 milyard dollar, dollarla dövriyyədə gördüyüm digər pulların heç biri verilmir”, - Vens deyib.
ABŞ vitse-prezidenti İrana iqtisadi fayda gətirə biləcək ölkələr kimi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını qeyd edib.
O, həmçinin İranın nüvə proqramının tamamilə məhv edildiyini və ölkənin müharibə nəticəsində "tamamilə dəyişdiyini" söyləyib.
