Bakı. Trend:
2026-cı ilin I rübü üzrə ölkənin xalis xarici maliyyə aktivləri 181.6 milyon dollar artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata əsasən, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (879.2 mln.dollar ), portfel investisiyaları (51.7 mln. dollar) və digər investisiyalar (-749.3 mln.$) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 1 995 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (65.8 mln.$), neft bonusu (0.4 mln.$), portfel investisiyaları (-2 013.3 mlrd.$) və digər investisiyalar (-47.9 mln.$) hesabına formalaşıb.
