Bakı. Trend:
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə üzrə yüksəliş davam edib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,51% artaraq 2,27 trilyon ABŞ dollarına çatıb.
Bazarın lideri olan Bitkoinin (BTC) qiyməti 66 216 ABŞ dolları
təşkil edib. Kriptovalyuta son 24 saatda 0,97%, son bir həftədə isə
5,44% bahalaşıb.
Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un
(ETH) qiyməti 1 788 ABŞ dollarına yüksəlib. Aktiv son 24 saatda
4,05%, son 7 gündə isə 7,11% dəyər qazanıb. BNB-nin qiyməti isə
614,87 ABŞ dolları olub ki, bu da həftəlik ifadədə 2,9% artım
deməkdir.