Kubada zəlzələ baş verib

Dünya xəbərləri Materials 16 İyun 2026 02:27 (UTC +04:00)
Kubada zəlzələ baş verib

Bakı. Trend:

Kubanın qərbində yerləşən Pinar-del-Rio əyalətində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Karib hövzəsi ölkəsinin Milli Seysmoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:37-də paytaxt Havananın qərbində yerləşən Mantua yaşayış məntəqəsi yaxınlığında baş verib.

Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti

Xəbər lenti