Bakı. Trend:
Ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil edib.
Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən mətbuat brifinqində bildirib.
"Keçən il ticarət həcmi təxminən 1,7 milyard avro təşkil edib və ikitərəfli ticarətimizin balanslı olması da bu ticarət münasibətlərinin yetkinliyinin göstəricisidir. Çox vaxt əmtəə ixrac edən ölkələrlə ticarət münasibətlərində ticarət balansı ixracatçı ölkənin xeyrinə həddindən artıq qeyri-bərabər olur. Almaniya və Azərbaycana gəldikdə isə, bu, çox balanslıdır", - deyə səfir bildirib.
Horlemann qeyd edib ki, Almaniyanın Azərbaycandan əsas idxalı neftdir. Almaniyanın Azərbaycana əsas ixracatı maşınqayırma, avadanlıq, elektronika və avtomobillərdir.
"Ticarət balansımızın bərabər və balanslı olması diqqətəlayiqdir və bu, ticarətimizi inkişaf etdirmək üçün yeni imkanları araşdırmaq üçün çox yaxşı başlanğıc nöqtəsidir", - deyə diplomat bildirib.
