Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-may aylarında 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, onlardan 65 min şəxs münasib işlərlə təmin olunub, 322 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
7,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 97,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
2025-ci ildə 18,4 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 343 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
