"Mançester Yunayted" Almaniya millisinin üzvünü transfer etmək istəyir

İdman Materials 15 İyun 2026 22:01 (UTC +04:00)
"Mançester Yunayted" Almaniya millisinin üzvünü transfer etmək istəyir

Bakı. Trend:

"Borussiya"nın yarımmüdafiəçisi Feliks Nmeça karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Mançester Yunayted" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Bundesliqa klubu 25 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Borussiya" Feliks Nmeçanı 2023-cü ilin yayında "Volfsburq"dan 30 milyon avroya transfer edib. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti