Almaniya şirkətləri SOCAR ilə qaz tədarükünə dair müqavilə bağlayıblar

İqtisadiyyat Materials 15 İyun 2026 16:05 (UTC +04:00)
Almaniya şirkətləri SOCAR ilə qaz tədarükünə dair müqavilə bağlayıblar
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya şirkətləri SOCAR ilə ildə təxminən 2 milyard kubmetr qaz müqaviləsi bağlayıblar.

Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən mətbuat brifinqi zamanı bildirib.

"Almaniyaya birbaşa qaz tədarükü yoxdur, çünki Azərbaycanla Almaniya arasında boru kəməri bağlantısı yoxdur. Lakin üç alman şirkətinin SOCAR ilə bağladığı müqavilədə nəzərdə tutuan ildə təxminən 2 milyard kubmetr qazın satışı Avropa enerji bazarının sabitləşməsində mühüm rol oynayır, çünki bu, Avropa bazarına əlavə təchizat həcmi təmin edir", - deyə səfir bildirib.

Horlemann qeyd edib ki, Azərbaycandan qaz tədarükü üçün müqavilələr imzalayan alman qaz şirkətləri əsasən Avropadakı digər qaz idxalçıları ilə svop əməliyyatları aparırlar.

"Söhbət əsasən İtaliyadan gedir, çünki Avropa İttifaqı tərəfindən idxal edilən Azərbaycan qazının təxminən 90%-i ora gedir.

Bu müqavilələr uzunmüddətlidir, təxminən on illik. Mən tədarük həcmlərinin bu müddətdən sonra eyni qalacağını və bəlkə də hətta artacağını gözləyirəm. Lakin, mənim qiymətləndirməmə görə, növbəti on il ərzində onlar ildə təxminən 2 milyard kubmetr təşkil edəcək", - diplomat bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti