Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara bu gün start verilib - Koşta

Dünya xəbərləri Materials 15 İyun 2026 22:58 (UTC +04:00)
Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara bu gün start verilib - Koşta

Bakı. Trend:

Fransanın Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara rəsmi start verilib.

Bunu Aİ Şurasının sədri Antonio Koşta "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, Ukraynanın Aİ ailəsinə qoşulması istiqamətində aparılan danışıqlar ölkənin Avropa gələcəyi baxımından tarixi əhəmiyyət daşıyan mərhələdir.

Koşta həmçinin vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması, eləcə də ədalətli və uzunmüddətli sülhün təmin olunması üçün G7 ölkələrinin vahid və qətiyyətli mövqe nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, hazırda Fransanın Evian şəhərində G7 liderlərinin sammiti davam edir.

Xəbər lenti

Xəbər lenti