Çobanların mübahisəsində faciəvi sonluq

Hadisə Materials 15 İyun 2026 16:58 (UTC +04:00)
Çobanların mübahisəsində faciəvi sonluq
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda çobanlar arasında mübahisə faciə ilə nəticələnib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdam rayonunun işğaldan azad edilmiş Çullu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, yeyib-içdikdən sonra çobanlar arasında yaranan mübahisə silahlı insidentə çevrilib. Rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Gözəlov ov tüfəngi ilə 1975-ci il təvəllüdlü Rövşən Şirinova atəş açıb. Nəticədə qol nahiyəsindən xəsarət alan R.Şirinov xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra Elşad Gözəlov həmin tüfənglə özünə atəş açaraq həyatına son qoyub.

Yaralının müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti