Təhsil müəssisələrinə hücumlar 40% artıb - Araşdırma

Cəmiyyət Materials 15 İyun 2026 16:13 (UTC +04:00)
Təhsil müəssisələrinə hücumlar 40% artıb - Araşdırma
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni araşdırmaya görə, 2024–2025-ci illərdə dünyada təhsil müəssisələrinə qarşı hücumlar 40% artaraq 8 556-dan çox hadisəyə çatıb.

Xarici media yazır ki, nəticədə 10 600-dən çox şagird, tələbə və müəllim öldürülüb, yaralanıb, qaçırılıb, həbs olunub və ya digər formalarda zərər görüb.

Hücumlar 83 ölkədə qeydə alınıb. Ən çox hadisə Kolumbiya, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Fələstin və Ukraynada baş verib.

Təhsili Hücumlardan Qorumaq üzrə Qlobal Koalisiyanın (GCPEA) hesabatına əsasən, Ukraynada məktəblərə təxminən 900, Fələstində isə şagird və təhsil işçilərinə qarşı ən azı 2 400 hücum qeydə alınıb. Araşdırmada həmçinin qeyd olunur ki, hərbi qüvvələr və silahlı qruplar tərəfindən məktəb və universitetlərin istifadəsi halları əvvəlki iki illə müqayisədə 91% artaraq 1 912-ə yüksəlib.

Təhsilə hücumların qurbanları ən çox Myanma, Nigeriya, Yəmən və Kamerunda qeydə alınıb. Bu ölkələrdə ümumilikdə 1 700-dən çox şagird, tələbə və müəllim həlak olub və ya yaralanıb. Nigeriyada 700-dən çox təhsil iştirakçısının qaçırıldığı, Myanmada isə ən azı 80 nəfərin öldürüldüyü və təxminən 240 nəfərin yaralandığı bildirilir.

Hesabatda ən azı 11 ölkədə qadın və qızların cinsiyyətlərinə görə hədəfə alındığı vurğulanır. Belə ki, 17 noyabr 2025-ci ildə Nigeriyada silahlı şəxslər qızlar internat məktəbinə hücum edərək direktor müavinini öldürüb, 25 şagirdi qaçırıblar.

Araşdırmada əlilliyi olan uşaqların da hücumlardan zərər gördüyü qeyd olunur. Məlumata görə, 11 sentyabr 2025-ci ildə Livanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş məktəb nəzarətli partlayış nəticəsində dağıdılıb.

Hesabat müəllifləri bildirirlər ki, təhsil müəssisələrinə hücumlarda yüksək partlayıcı silahlardan, o cümlədən pilotsuz uçuş aparatları vasitəsilə istifadə olunan sursatlardan geniş istifadə edilir. Bu isə insan tələfatına, infrastrukturun dağıdılmasına və çoxsaylı məktəblərin fəaliyyətinin dayanmasına səbəb olur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti