Bakı. Trend:
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15
İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda
bayram konserti keçirilib.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat qülləsinin
qarşısında təşkil olunub. Paytaxt sakinləri və şəhərimizin
qonaqlarının sevimli istirahət məkanlarından biri olan Dənizkənarı
Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı
ilə rəngarəng musiqi proqramı təqdim edilib.
Konsertdə Xalq artistləri Aygün Bayramova, Bilal Əliyev, Faiq
Əliyev, İlqar Muradov,Niyaməddin Musayev, Samir Cəfərov, Tünzalə
Ağayeva, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Xəyyam
Mustafazadə, Lalə Məmmədova, Manana Caparidze, Ramil Qasımov, Sevda
Ələkbərzadə, tanınmış və sevilən müğənnilər Amil Həsənoğlu, Dilarə
Kazımova, İlkin Dövlətov, İradə İbrahimova, Kamilə Nəbiyeva, Mehin
Hümbətova, Murad Arif, Nuri, Vəfa Vəzirova, Zamiq, həmçinin “Natiq
ritm” qrupu səhnədə gözəl ifalarını təqdim ediblər.
Bayram konserti atəşfəşanlıqla yekunlaşıb.
