Qvardiol karyerasını "Mançester Siti"də davam etdirəcək

İdman Materials 16 İyun 2026 05:23 (UTC +04:00)
Qvardiol karyerasını "Mançester Siti"də davam etdirəcək

Bakı. Trend:

Cosko Qvardiol karyerasını "Mançester Siti"də davam etdirəcək.

Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər. Yeni sözləşmə 2031-ci ilə qədər qüvvədə olacaq. Xorvatiyalı müdafiəçinin hazırkı müqaviləsi isə 2028-ci ildə başa çatmalı idi.

Qvardiol 2023/24 mövsümündən etibarən İngiltərədə çıxış edir və qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilib.

Son mövsümdə o, Premyer Liqada 18 oyunda iştirak edib və 2 qol vurub. Yeni müqavilə “Mançester Siti”nin müdafiə xəttinin aparıcı simalarından biri olan Qvardiola uzunmüddətli etimadının göstəricisi hesab olunur.

Xəbər lenti

Xəbər lenti