İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər - DÇ-2026

İdman Materials 16 İyun 2026 07:51 (UTC +04:00)
İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər - DÇ-2026

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar.

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra İran və Yeni Zelandiya millilərinin hərəsinin aktivində bir xal var. Komandalar G qrupunda müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar.

Qrupun digər oyununda Belçika və Misir milliləri 1:1 hesablı heç-heçə ediblər.

İkinci turda İran millisi iyunun 21-də Belçika ilə qarşılaşacaq. Yeni Zelandiya isə iyunun 22-nə keçən gecə Misirlə üz-üzə gələcək.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti