ITFC İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2026 11:12 (UTC +04:00)
ITFC İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

İslam maliyyəsinin inkişafı ilə halal iqtisadiyyat arasında mövcud olan fərqin azaldılması üçün daha sıx koordinasiya, eləcə də kiçik və orta biznesə (KOB) dəstək mexanizmlərinin gücləndirilməsi tələb olunur.

Trend-in tədbirdə olan müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) baş əməliyyat direktoru Nazim Nurdali deyib.

O bildirib ki, qlobal halal iqtisadiyyatının həcmi 2,3–2,5 trilyon ABŞ dolları həcmində qiymətləndirilir, İslam maliyyə sektorunun aktivləri isə 5,5–6 trilyon dollar arasında dəyişir və yaxın iki-üç il ərzində 7,5 trilyon dollara qədər arta bilər.

N. Nurdali qeyd edib ki, bu qədər böyük rəqəmlərə baxmayaraq, maliyyə sektoru ilə halal sənayenin real iqtisadiyyatı arasında boşluq mövcuddur.

“Biz maliyyə gücü ilə real iqtisadiyyat arasında müəyyən fərq görürük və bu maliyyələşmənin halal iqtisadiyyatın inkişafı ilə daha sıx uyğunlaşdırılmasının yollarını tapmalıyıq”, – deyə o bildirib.

O qeyd edib ki, halal iqtisadiyyat ərzaq məhsulları, əczaçılıq, turizm və sənaye kimi sahələri əhatə edir.

N. Nurdali vurğulayıb ki, kiçik və orta müəssisələr təkcə maliyyəyə çıxış deyil, həm də texniki dəstək və potensialın artırılmasına ehtiyac duyurlar.

Onun sözlərinə görə, KOB-lar istənilən iqtisadi sektorun, o cümlədən halal iqtisadiyyatın əsasını təşkil edir.

O bildirib ki, KOB-ların əsas problemlərindən biri girov təminatının çatışmazlığıdır ki, bu da onların maliyyələşməyə çıxışını məhdudlaşdırır.

“Kiçik və orta biznes üçün maliyyə çatışmazlığı təxminən 2,5 trilyon ABŞ dolları həcmində qiymətləndirilir.

Halal iqtisadiyyatın inkişafı üçün dövlət qurumları, maliyyə institutları və bizneslər arasında daha sıx əməkdaşlıq vacibdir ki, İslam maliyyəsi ilə real iqtisadiyyat arasındakı mövcud fərq azaldılsın”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti