Halal sənayenin gələcəyini formalaşdıracaq əsas amillər açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2026 10:35 (UTC +04:00)
Halal sənayenin gələcəyini formalaşdıracaq əsas amillər açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Halal sənayenin gələcəyi daha kompleks standartlara keçid, tələbatın artması, texnologiyaların inkişafı və dövlət dəstəyi də daxil olmaqla bir sıra amillərlə müəyyən olunacaq.

Trend-in forumda iştirak edən müxbirinin məlumatına görə, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində Halal Məhsulların İnkişafı Şirkətinin baş investisiya direktoru Amin Əl-Səadi deyib.

Onun sözlərinə görə, əsas amillərdən biri halal sənayenin yalnız normativ tələblərə riayət olunmasına əsaslanan modeldən daha geniş yanaşmaya keçididir. Bu yanaşma halal prinsiplərini ESG — ekoloji, sosial və korporativ idarəetmə standartları ilə birləşdirir.

A. Əl-Səadi qeyd edib ki, belə yanaşma təşkilatların fəaliyyətinin müxtəlif istiqamətlərini, o cümlədən korporativ idarəetmə, marketinq və brendinq sahələrini, eləcə də halal sertifikatlaşdırmanın ənənəvi aspektlərini əhatə edir.

O, həmçinin halal məhsullara tələbatın artmaqda davam etdiyini bildirib.

Onun sözlərinə görə, buna dünyada müsəlman əhalinin sayının artması təsir göstərir ki, bu da halal məhsulların istehlakının müvafiq şəkildə yüksəlməsinə səbəb olur.

“Əgər əvvəllər əsas sektorlar qida məhsullarının istehsalı və islam maliyyəsi hesab olunurdusa, hazırda geyim istehsalı, turizm və digər sahələr də inkişaf edir.

Bu gün halal sertifikatlaşdırma alıcılar tərəfindən baza tələbi kimi qəbul olunur, halal məhsulların keyfiyyəti isə aparıcı dünya istehsalçılarının məhsulları ilə eyni səviyyədə qiymətləndirilir”, - deyə o bildirib.

Onun sözlərinə görə, müasir texnologiyalar jelatin və kollagen kimi komponentləri halal məhsulların tələblərinə uyğun olan alternativ mənbələrdən əldə etməyə imkan verir.

A. Əl-Səadi əlavə edib ki, halal sektoruna daxil olan ölkələrin və iştirakçıların gələcək inteqrasiyası həm investisiya, həm də tənzimləyici sahələrdə dəstək tələb edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti