“Zirə” Konfrans Liqasında Gürcüstan klubuna rəqib olub

İdman Materials 16 İyun 2026 21:23 (UTC +04:00)
“Zirə” Konfrans Liqasında Gürcüstan klubuna rəqib olub

Bakı. Trend:

UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Zirə”nin rəqibi müəyyənləşib.

Bakı klubu püşk zamanı səpələnmişlər səbətində yer alıb. Komanda ilk raundda "Torpedo" (Kutaisi, Gürcüstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin matçları iyulun 9-u və 16-da keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti