Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - Statistika

Cəmiyyət Materials 16 İyun 2026 17:45 (UTC +04:00)
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - Statistika
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25510,7 milyon manatlıq, o cümlədən 14151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

2026-cı ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,9 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 496,9 manatlıq, o cümlədən 275,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 221,2 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti