Dünya üzrə uşaqların yarısı iqlim təhlükəsi ilə üz-üzədir - UNICEF

Dünya xəbərləri Materials 16 İyun 2026 21:00 (UTC +04:00)
Dünya üzrə uşaqların yarısı iqlim təhlükəsi ilə üz-üzədir - UNICEF
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya üzrə uşaqların yarısı sağlamlıqlarını, təhsillərini və həyatlarını təhdid edən ən azı üç üst-üstə düşən iqlim təhlükəsi ilə qarşılaşır.

UNICEF-in yeni hesabatına görə, bir milyarddan çox insan eyni vaxtda isti dalğaları, fırtınalar, daşqınlar və quraqlıq kimi ən azı üç iqlim hadisəsinin təsirini yaşayır.

Hesabatda bildirilir ki, iqlim böhranı uşaqların gündəlik həyatına ciddi təsir göstərir. Papua Yeni Qvineyada güclü yağışların yuyub apardığı və illərdir bərpa olunmayan körpü səbəbindən uşaqların məktəbə getmək üçün timsahlarla dolu çayı keçmək məcburiyyətində qaldığı qeyd olunur.

UNICEF-in İqlim Riski Hesabatına əsasən, dünyada demək olar ki, hər bir uşaq ən azı bir iqlim təhlükəsi ilə üzləşir. Ən çox risk altında olan bölgələrdən biri Afrikanın Sahel bölgəsi, eləcə də Banqladeş, Myanma və Pakistan kimi Asiya ölkələridir. Hətta yüksək gəlirli ölkələrdə də vəziyyət narahatlıq doğurur; məsələn, İtaliyada 6 milyondan çox uşaq uzunmüddətli isti dalğaları və quraqlığın təsirinə məruz qalır.

UNICEF hökumətləri və şirkətləri uşaqların asılı olduğu xidmətləri iqlim dəyişikliklərinə uyğunlaşdırmağa, həmçinin istixana qazı tullantılarının azaldılması istiqamətində daha qəti addımlar atmağa çağırıb

Məqalədə:

Xəbər lenti

Xəbər lenti