Xırdalan şəhərində yeni kanalizasiya kollektoru inşa edilir

Cəmiyyət Materials 16 İyun 2026 16:55 (UTC +04:00)
Xırdalan şəhərində yeni kanalizasiya kollektoru inşa edilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İyunun 17-dən Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov kücələrində diametri 1400 mm, uzunluğu 3296 metr olan kanalizasiya xəttinin tikintisi işlərinə başlanılacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, işlərin ilin sonuna qədər davam etdiriləcəyi nəzərdə tutulub.

Tikinti mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.

Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti