Bakı. Trend:
Britaniyanın "Rolls-Royce SMR" şirkəti İsveçin qərb sahilində hər biri 470 MVt gücündə üç kiçik modul nüvə reaktorunun tikintisi üçün tender qazanıb.
Xarici media yazır ki, İsveç enerji şirkətini Vattenfall bu barədə məlumat yayıb.
Bildirilir ki, hər biri 470 MVt gücə malik üç yeni reaktor, qalıq yanacaqlardan istifadə etmədən ildə təxminən 12 teravatt-saat enerji istehsal etmək qabiliyyətinə malikdir.
Yeni obyekt Ringhals Atom Elektrik Stansiyasının yanında inşa ediləcək. İlk enerji blokunun 2030-cu illərin ortalarında istifadəyə verilməsi planlaşdırılır.
Daha əvvəl bildirilmişdi ki, "Rolls-Royce" şirkəti Çexiya və Böyük Britaniyada kiçik modul reaktorlar inşa edəcək.
