Bakı. Trend:
Fransa hökumətinin Müdafiə İnnovasiyası Agentliyi (AID) və Ukraynanın "Breyv Uan" (Brave1) müdafiə innovasiya mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bu barədə Fransa Müdafiə Nazirliyi xəbər verib.
Nazirlik qeyd edib ki, imzalanma mərasimi Paris bölgəsində keçirilən "Eurosatory 2026" beynəlxalq quru silahları sərgisi çərçivəsində baş tutub.
"Tərəfdaşlıq sazişi Ukrayna və Fransa silahlı qüvvələrinin maraqları naminə birgə innovativ texnoloji həllərin təşviqi və hazırlanmasına yönəlib", - deyə açıqlamada bildirilib.