ABŞ qüvvələri narkotik qaçaqmalçılarına məxsus gəmiyə zərbə endirib

Dünya xəbərləri Materials 17 İyun 2026 05:54 (UTC +04:00)
ABŞ qüvvələri narkotik qaçaqmalçılarına məxsus gəmiyə zərbə endirib

Bakı. Trend:

ABŞ ordusu Sakit Okeanın şərqində narkotik qaçaqmalçılarına məxsus olduğu gəmiyə qarşı daha bir zərbə endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandalığı "X" sosial şəbəkəsində yazıb.

"Kəşfiyyat gəminin Şərqi Sakit Okean bölgəsində narkotik qaçaqmalçılığı üçün məlum marşrutlar boyunca üzdüyünü və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib", - deyə bildirilib.

Bir nəfərin öldüyü, iki nəfərin sağ qaldığı bildirilib. Cənub Komandanlığı axtarış-xilasetmə sistemini aktivləşdirmək üçün Sahil Mühafizəsinə məlumat verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti