Bakı.Trend:
İstismar müddəti başa çatmış və istifadəyə yararsız vəziyyətə düşmüş döyüş sursatlarının təhlükəsizlik qaydalarına uyğun şəkildə məhv edilməsi məqsədilə iyunun 17-dən 19-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda müvafiq tədbirlər həyata keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, qeyd olunan günlərdə eşidilə biləcək partlayış səsləri ilə əlaqədar vətəndaşlardan narahat olmamaları xahiş edilir. Nazirlik bunun üçün heç bir təşvişə əsas olmadığını vurğulayıb.
