Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2026 09:23 (UTC +04:00)
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün münasibətilə Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, peşə bayramı münasibətilə səhiyyə naziri Teymur Musayev, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət və elm xadimi Əziz Əliyev, eləcə də elm xadimi Tamerlan Əliyevin məzarları ziyarət edilərək, onların xatirəsi ehtiramla anılıb.

Daha sonra Səhiyyə Nazirliyinin kollektivi Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Anım tədbirləri çərçivəsində xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və səhiyyə sahəsinin inkişafında mühüm xidmətləri olmuş şəxsiyyətlərin xatirəsinə dərin ehtiram ifadə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti