"G7" liderləri ABŞ-İran razılaşmasını dəstəklədilər

Dünya xəbərləri Materials 17 İyun 2026 07:28 (UTC +04:00)

Bakı. Trend:

"Yeddilik Qrupu" (G7) ölkələri ABŞ və İran arasında əldə edilən razılaşmaları dəstəkləyir və onların həyata keçirilməsinə kömək etməyə hazırdırlar.

Bu barədə "G7" ölkələri liderlərinin geosiyasi məsələlərlə bağlı birgə bəyanatında deyilir.

"Biz Yaxın Şərqdə mövcud olan irəliləyişi və imkanları görürük", - deyə sənəddə bildirilib.

"[ABŞ] Prezidenti Donald Trampın qətiyyətli rəhbərliyi və vasitəçi ölkələrin dəstəyi ilə əldə edilən və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bölgədəki fəaliyyətləri və ballistik raketlərin hazırlanması ilə bağlı təhdidləri aradan qaldırmaq üçün tarixi bir fürsət yaradan ABŞ-İran razılaşmasının elan edilməsini alqışlayırıq. Biz onların [razılaşmalarını] dəstəkləyirik və onların həyata keçirilməsinə töhfə verməyə hazırıq", - deyə qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti