Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq artır - Əli Əsədov

Siyasət Materials 17 İyun 2026 09:54 (UTC +04:00)
Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq artır - Əli Əsədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Özbəkistan Prezidenti tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində qardaş ölkə sosial-iqtisadi inkişaf sahəsində təsirli nəticələr nümayiş etdirir.

Bunu Baş nazir Əli Əsədov Özbəkistanın paytaxtında keçirilən V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, ardıcıllıqla həyata keçirilən islahatlar, iqtisadiyyatın modernləşdirilməsinə yönəlmiş genişmiqyaslı proqramlar və biznes mühitinin yaxşılaşdırılması əhalinin rifahının yüksəlməsinə, ölkənin rəqabət qabiliyyətinin artmasına və investisiya cəlbediciliyinin güclənməsinə xidmət edir:

“Bu müsbət dəyişikliklərin təbii nəticəsi olaraq Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq getdikcə artır. Məhz buna görə də Daşkənd Beynəlxalq İnvestisiya Forumu hər il daha çox dövlət nümayəndəsini, işgüzar dairələri və beynəlxalq maliyyə institutlarını özünə cəlb edir”.

Ə.Əsədov qeyd edib ki, Azərbaycan da öz növbəsində bu cür təşəbbüsləri beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi üçün mühüm vasitə hesab edir:

“Ötən il Azərbaycan Birinci Beynəlxalq İnvestisiya Forumunu keçirməklə investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb. Forum investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək maraqla qarşılanıb. Bu uğurun məntiqi davamı olaraq cari ilin sentyabr ayında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Fürsətdən istifadə edərək bütün tərəfdaşlarımızı həmin forumda iştirak etməyə dəvət edirik”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti