Almaniyada naməlum şəxs kafeni atəşə tutub

Dünya xəbərləri Materials 31 Avqust 2026 12:06 (UTC +04:00)
Almaniyada naməlum şəxs kafeni atəşə tutub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın Köln şəhərində naməlum şəxs türk kafesini atəşə tutub.

Bu barədə “Bild” nəşri yazır.

İnsident yerli vaxtla 07.30 radələrində Bonner-ştrasse küçəsində baş verib. Hələlik ölənlərin və ya yaralananların olub olmadığı ilə bağlı hər hansı məlumat yoxdur. Polis türk kafesinin yerləşdiyi rayonu mühasirəyə alıb, hazırda cinayətkarın axtarışı aparılır.

Jurnalistlər hadisə yerində çox sayda giliz və atəş izləri aşkarlayıb.

Digər təfərrüatlar açıqlanmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti