Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Dünya xəbərləri Materials 30 Avqust 2026 07:18 (UTC +04:00)
Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Bakı. Trend:

Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol vəzifəsindən azad edilərək, Koreya Əmək Partiyasının (KƏP) Mərkəzi Komitəsinin Müdafiə Sənayesi Departamentinin birinci müavini təyin olunub.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Bu qərar Şimali Koreya lideri Kim Çen Inın sədrliyi ilə keçirilən doqquzuncu çağırış KƏP Mərkəzi Hərbi Komissiyasının ikinci iclasında qəbul edilib.

Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Sonq Gi yeni müdafiə naziri təyin olunub.

Xəbər lenti

Xəbər lenti